Accessibility links

İranda qadağalara baxmayaraq müxalifət İnternet vasitəsi ilə xəbərləri dünyaya çatdırır


İranda müxalifət fəalları Tehran küçələrində seçki sonrası yenilikləri yaymaq üçün məşhur İnternet mesaj xidməti olan “Twitter”dən istifadə edir. İran hökuməti beynəlxalq mətbuata qadağa qoyduğu üçün fəallar İnternetə əsaslanan xidmətlər vasitəsilə zorakılıqları əks etdirən şəkillər və videoları bir-birilərinə göndərərirlər. “Twitter” mobil telefon və müxtəlif veb səhifələr vasitəsi ilə istifadə oluna bildiyindən hökumətin qadağa səyləri boşa çıxır. “Twitter” beynəlxalq mətbuatın hadisələrlə məlumatlanmasına və ölkə daxilində fəalların bir-biri ilə əlaqə yaratmasına yardımçı olur. Bu xidmətdan xüsusilə prezidentliyə müxalif namized Mir Hüseyn Musəvinin tərəfdarları istifadə edir
XS
SM
MD
LG