Accessibility links

Yəməndə öldürülən girovların ikisi Almaniya vətəndaşıdır


Almaniyanın xarici işlər naziri Frank-Staymayer Yəməndə girov götürülən almanların ikisinin öldürüldüyünü bildirib. Bu açıqlamaYəmənin şimal dağlıq bölgəsində 3 cəsədin aşkar edilməsindən bir gün sonra verilib. Nazir bildirib ki, Almaniya ekspertləri cəsədlərin kimə məxsus olduğuna dair ekspertizalara yardım edəcək.

Yəmən rəsmiləri keçən həftə girov götürülən 9 xarici vətəndaşın üçünün öldürüldüyünü bildirib. Həmin cəsədlər Naşur şəhəri yaxınlığında yerli sakinlər tərəfindən aşkar edilib. Öldürülən üçüncü şəxsin Cənubi Koreya vətəndaşı olduğu deyilir.


XS
SM
MD
LG