Accessibility links

Pakistan Beytulla Məshuda qarşı hücuma keçməyə hazırlaşır


Pakistan ordusu Taliban lideri Beytulla Məshuda qarşı yeni hərbi hücuma hazırlaşır. Bazar günü yayılan bu məlumat bu gün açıqlanan hərbi bəyanatla təsdiqini tapıb. Bəyanatda deyilir ki, qoşunlar Əfqanıstanla sərhəd Cənubi Vəziristan vilayətində Talibanın sığınacaqlarına hücuma keçməyi planlaşdırır. Hərbi rəsmilər Əfqanıstan tərəfdə olan ABŞ və NATO qüvvələrinin yaraqlıların ucqar regionlardan Əfqanıstana qaçmasının qarşısını almaq üçün Pakistan qüvvələri ilə birgə işləyib- işləməyəcəyini təsdiq etməyib.CənubiVəziristandan daxil olan yerli məlumatlara görə, bəzi sakinlər zorakılıqlar səbəbi ilə evlərini tərk edib.
XS
SM
MD
LG