İran prezidenti Mahmud Əhəmdinejad Rusiyanın Yekaterinburq şəhərində Şanxay Əməkdaşlıq qrupunun sammitinə qatılıb.
Rusiya, Çin və Mərkəzi Asiyanın dörd ölkəsindən ibarət qrupun zirvə toplantısında İran, Əfqanıstan, Pakistan və Hindistan müşahidəçi qismində iştirak edir.
İran prezidenti Mahmud Əhmədinejad çıxışında Tehranda seçkilərdən sonra kütləvi nümayişlərə toxunub, lakin Rusiya prezidenti Dmitri Medvedevin sammit çərçivəsində onunla təkbətək görüşü təxirə salmaq qərarı haqda bir söz deməyib.
Rusiya rəsmiləri bu qərarın cənab Medvedevin cədvəlinin olduqca məşğul olması ilə izah ediblər.
Prezident Əhmədinejad sammitdə çıxışı zamanı Birləşmiş Ştatları Əfqanıstan, İraq və Fələstin ərazilərində qeyri-sabitlik kimi təsvir etdiyi vəziyyətə görə günahlandırıb.
Rusiya prezienti beynəlxalq maliyyə bazarları və təsisatlarının nizama salınması üçün yeni standartlara çağırıb. O həmçinin deyib ki, təşkilata üzv dövlətlər terrorla mübarizə və beynəlxalq informasiya sisteminin təhlükəsizliyi məsələlərində əməkdaşlıq aparmaq haqda razılıq əldə edib.
Çin prezidenti Hu Jintao qlobal maliyyə böhranının qarşısının alınmasına kömək məqsədilə Asiya ölkələrinə 10 milyard dollar məbləğində kredit təklif edib.