Accessibility links

Dünən Tehranda on minlərlə adamın iştirakı ilə daha bir etiraz nümayişi keçirilib 


İran prezident seçkilərində məğlub olmuş namizəd Mir Hüseyn Musəvinin on minlərlə tərəfdarı dünən də Tehranda kütləvi etiraz aksiyası keçirib. Şahidlərin sözlərinə görə, nümayiş zamanı çoxsaylı insan Musəvinin seçki kampaniyasının rəmzi olan yaşıl rəngə bürünüb. Aksiyanın dinc mahiyyət daşıdığnı göstərmək üçün yürüş iştirakçılarının çoxu dünən əsasən səssizliyə üstünlük verib. İslahatçı namizəd Musəvi tərəfdarlarını bu gün də utancverici saxtakarlıq adlandırdığı seçki nəticələrinə qarşı etiraz etməyə çağırıb. O, tərəfdarlarını seçkilərdən sonrakı zorakılıqlar zamanı həlak olanların xatirəsinin yadetməyə səsləyib.

XS
SM
MD
LG