İranın
azərbaycanlılar yaşayan şəhərlərində də 12 iyun prezident seçkilərinin elan edilən nəticələrinə qarşı etiraz aksiyası keçirilib. Urmiyədə
yaşayan azərbaycanlı jurnalist İsmayıl Cəvadinin sözlərinə görə, ilk iki gündə
etiraz aksiyaları keçirilsə də, hazırda şəhərdə sakitlikdir. Buna səbəb isə
polisin şəhəri ciddi nəzarətdə saxlamasıdır. Emil Quliyevin İsmayıl Cəvadi ilə
müsahibəsinə səsli faylı yükləməklə qulaq asa bilərsiniz.