Accessibility links

ABŞ İranın müdaxilə barədə bəyanatını qəbul etmir


ABŞ Vaşinqtonun İranda keçirilən seçkilərə müdaxilə etməsi barədə İranın iddialarını rədd edib. Ağ Evin sözçüsü Robert Gibbs bildirib ki, prezident Obama İranın siyasətinə qarışmadan, iranlıların dinc etiraz aksiyaları keçirmək haqlarını müdafiə edəcək. Cənab Gibbs bu açıqlamanı dünən İranın Xarici İşlər Nazirliyiyinin Amerikanın maraqlarını təmsil edən İsveçrənin Tehrandakı səfirini çağırıb, Amerikanın onun daxili işlərinə qarışmasına şikayətini bildirdikdən sonra verib.

Prezident Obama bildirib ki, seçki mübahisələrindən və dinc yolla etirazlarını bildirənlərə qarşı təzyiqlərdən narahatdır. ABŞ prezidenti həmçinin qeyd edib ki, İran-Amerika əlaqələrinin tarixini nəzərə alsaq, Amerikanın İrandakı seçkilərə müdaxiləsi yaxşı olmazdı.

XS
SM
MD
LG