Accessibility links

ATƏT Qırğızıstanı jurnalistlərə qarşı təzyiqlər dalğasını dayandırmağa çağırır


ATƏT Qırğızıstanı ölkədə prezident seçkiləri ərəfəsində jurnalistlərə qarşı təzyiqlər dalğasını dayandırmağa çağırır.

Təşkilatın Media Azadlığı üzrə nümayəndəsi bəyanat yayaraq, Bişkeki son vaxtlar media nümayəndələrinə qarşı həyata keçirilən hücumları araşdırmağa çağırıb.

Qırğızıstanın xarici işlər naziri Qadırbek Sarbayevə göndərdiyi məktubunda Mikloş Haraşti bu ay baş vermiş iki dəhşətli hucumu qeyd edib.

Haraşti bildirib ki, müxalif yönümlü Açıq Siyasət qəzetinin redaktoru Abdolvahab Moniyev naməlum hucümçülar tərəfindən döyülüb, müstəqil Bişkek telekanalının əməkdaşına isə iki polis rəsmisi hücum edib.

Bu ilin əvvəlində ATƏT-dən rəsmi Bişkekə göndərilən məktublarda təşkilat daha 4 jurnalistə qarşı törədilmiş 3 hücum halı barədə informasiya istəmişdi.

Qırğızıstan prezidenti Qurmanbek Bakiyev iyulun 23-də keçiriləcək seçkilərdə ikinci dəfə iştirak etmək niyyətindədir.

XS
SM
MD
LG