Accessibility links

Avropa Birliyi Pakistana daha artıq yardım etməyə razı olub


Avropa Birliyi Pakistana daha artıq yardım etməyə razı olub və Pakistanın Avropa bazarlarına çıxışı üçün daha geniş imkanlar verməyi nəzərdən keçirir.

Birliyin rəsmiləri Svatt Vadisində son döyüşlər nəticəsindən yerlərindən didərgin düşmüş 2 milyon məcburi köçkünə əlavə kömək məqsədilə 100 milyon dollar ayrılaacağını bu gün elan ediblər.

Avropa Birliyinin xarici məsələlər üzrə komissarı Benita Ferrero Valdner deyib ki, birlik bu yardımın əvəzində Pakistanın terrorla mübarizə aparmasını və idarəçilik qabiliyyətini inkişaf etdirməsini istəyir.

Bəyanat bu gün Brüsseldə Pakistan prezidentinin iştirakı ilə Avropa-Birliyi Pakistan sammitinin keçirildiyi vaxt verilir.

XS
SM
MD
LG