Nablus şəhəri yaxınlığında Yitzhar yaşayış məntəqəsində təxminən 500 adam yaşayır. Əslən Birləşmiş Ştatlardan olan yəhudi Benyamin Allen üçün bura doğma yerdir.
O deyir ki, buranı tərk etmək onun üçün hər şeyin sonu deməkdir.
Yitzhar 1967-ci ildə İsrailin altı günlük müharibə zamanı ələ keçirdiyi ərazidə yerləşir.
Daşınmaz əmlak üçün aşağı vergilər və müəyən güzəştlərə görə israilli yəhudilər yaşamaq üçün buraya gəlir.
Lakin buraya yəhudiləri gətirən həm də ideoloji məsələdir.
Keçən ay ABŞ prezidenti Barak Obama öz çıxışı zaman bildirdi ki, Birləşmiş Ştatlar İordan çayının Qərb sahili və Qəzza zolağı daxil edilməklə, İsraillə dinc, yanaşı yaşayan Fələstin dövlətinin yaradılmasını dəstəklkəyir.
Lakin fələstinlilərin çoxu üçün Yizthar kimi yaşayış məntəqəsi müstəqil dövlətin yaradılması qarşısında maneə kimi görünür.
Yaxınlıqdakı Əsirə əl-Qəbəliyyə ərəb kəndində Hiyam Süleyman və onun ailəsi zəfəran becərməklə məşğuldur.
O deyir ki, kəndlilər tarlalara getmək imkanından məhrumdur və yaşayış məntəqələri olana qədər sülh yaratmaq çətin olacaq.
Keçən ilin sentyabrında kənd zorakılqlara səhnə olmuşdu. Yitzhar sakinləri kəndi daşa basıb, fələstinli sakinlərə hücum etmişdi.
İsrailin insan haqları təşkilatı olan Btselem qrupunun çəkdiyi video kasetdə yəhudi sakinlərinin fələstinlilərin evlərinə doğru getdiyi və daş atdığı göstərilir.
Şahidlər bildirir ki, bu, bir ərəbin Yitzhara daxil olaraq bir evi yandırıb və yəhudi uşağı bıçzalamasına cavab olaraq edilib. Bundan sonrakı zorakılıqlar zamanı dörd fələstinli həlak olub.
Hiyam Süleyman hücumların şahidi olub.
Hiyam ın həyat yoldaşı Nabil Assaydi deyir ki, o, Fələstin liderləri və Birləşmiş Ştlatarın Qərb sahilindən yəhudi yaşayış məntəqələrini çıxarmaq üçün İsrailə təzyiq göstərəcəyinə ümid edir.
Benyamin Allen isə inanır ki, yaşayış məntəqələrinin saxlanması İsrail dövlətinin mövcudluğu üçün çox mühümdür. O ümid edir ki, baş nazir Benyamin Netanyahu ABŞ-ın yaşayış məntəqələrini dondurmaq çağırışları qarşısında qəti mövqedə dayanacaq.
Yaşayış məntəqələrini köçürmək asan olmayacaq. Lakin bu məsələdə razılıq olmasa, təhlilçilərin fikrincə, İsrail və Fələstinlilər arasında sülhün əldə ediləcəyini də gözləmək çətindir.