Accessibility links

Rusiya ilə ABŞ arasında nüvə arsenalının azaldılması barədə danışıqlar davam etdiriləcək


Rusiyanın bildirdiyinə görə, nüvə arsenalının ixtisarı ilə bağlı Birləşmiş Ştatlarla danışıqların üçüncü raundu iyun ayının 23-ü və 24-də Cenevrədə keçiriləcək. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Andrey Nesterenko deyib ki, ABŞ prezidenti Obama iyul ayında Moskvaya səfəri zamanı Rusiya prezidenti Dmitri Medvedevlə görüşünün produktiv olacağına ümid bəslədiyini deyib. Danışıqların məqsədi dekabr ayının 5-də müddətinin başa çatacağı 1991-ci il START-1 - Strateji Silahların İxtisarına dair sazişinin yeniləşdirilməsidir. START-1 sazişi Rusiya ilə Amerika arasındakı Soyuq müharibənin son illəri əldə edilmişdi.

XS
SM
MD
LG