Accessibility links

Misir çeçen tələbələri Rusiyaya qaytarır


“Amnesty International” bildirir ki, Misir sabiq yaraqlı liderinin oğlu da daxil olmaqla 6 çeçen tələbəni Rusiyaya deportasiya etməyi planlaşdırır. Tələbələr Rusiyada işgəncələrə məruz qala bilərlər. İnsan haqları qrupunun bildirdiyinə görə, Misir bu gün Maksud Abdullayevi məcburi şəkildə Moskvaya geri qaytarmağa çalışır. Abdullayev may ayında hüquq-mühafizə orqanları tərəfindən həbs edilən 35 xarici tələbədən biridir. Təşkilatın bildirdiyinə görə, o, nəzarət altına alınan zaman Qəhirədəki Əl-Əzhər İslam Universitetində təhsil alırdı. Misir Daxili İşlər Nazirliyi bu tələbələri fevral ayında Qahirədə həyata keçirilən bomba hücumunun məsuliyyətini öz üzərinə götürən Əl-Qaidə yaraqlıları ilə təmasda şübhəli bilərək saxlayıb.
XS
SM
MD
LG