ABŞ İranın Vaşiqntonun seçki prosesinə müdaxiləsinə dair iddialarını rədd edib.
Ağ Evin sözçüsü Robert Gibbs deyib ki, prezident Obama siyasi proseslərə qarışmadan, İran xalqının dinc nümayiş keçirmək hüquqlarını dəstəkləyir. Ağ Evin bu bəyanatı İranın Xarici İşlər Nazirliyiyinin Amerikanın maraqlarını təmsil edən İsveçrənin Tehrandakı səfirini çağıraraq, Amerikanın onun daxili işlərinə qarışmasına şikayətini bildirdikdən sonra verib. Prezident Obama bildirib ki, o, İranda mübahisələr və dinc yolla etirazlarını bildirənlərə qarşı təzyiqlərdən narahatdır.
ABŞ-ın Dövlət katibi Hillari Klinton hər seçkinin xalqın iradəsinə əsaslanmalı olduğunu deyərək, seçkilərin nəticələrinə dair narahtlıqların İranın özünün həll etməli olduğunu bildirib. Xanım Klinton deyib ki, Amerika İranla mübahisəli nüvə proqramı da daxil edilməklə, mühüm məsələlərlə bağlı təmas yaradılması səylərini davam etdirir.