Accessibility links

Ayətulla Əli Xameneyi İranda nümayişlərə son qoymağa çağırıb


İranın ali ruhani rəhbəri Ayətulla Əli Xameneyi bu gün Tehranda nümayişlərə son qoymağa çağıraraq, prezident seçkilərindəki qələbəni qəti qələbə kimi qiymətləndirib. İyun ayının 12-i prezident seçkilərindən sonra ilk müraciəti zamanı Ayətulla iranlıların prezident kimi xidmət göstərməyə layiq olan bir şəxsi seçdiyini bildirib.

Əli Xameneyi seçkilərdə pozuntulara yol verildiyinə dair iddiları rədd edib. O bildirib ki, 11 milyonluq səs fərqi saxtakarlıq ola bilməz. İranın ali ruhani rəhbəri seçkiləri sual altına alan xarici qüvvələri daxili məsələlərə müdaxilə etməkdə günahlandırıb. İranın ali ruhani rəhbəri sakitliyə çağıraraq, zorakılıqlara görə müxalifətin məsuliyyət daşıyacağını deyib.


XS
SM
MD
LG