Birləşmiş Ştatların İraqdakı səfiri Kristofer Hill İraq şəhərlərindən ABŞ ordusunun iyun ayının sonuna qədər çıxarılması möhlətinə əməl ediləcəyini bildirib. Mətbuatda yazıldığına görə, Birləşmiş Ştatların ordu komadirləri əsasən Bağdad və Mosul şəhərləridən ABŞ qüvvələrinin şıxarılmasından sonra yaranacaq vəziyyətlə bağlı narahatlıqlarını bildirirlər.
Müxbirlərlə söhbəti zamanı səfir
Hill deyib ki, iraqlıları Amerikanın qüvvələrini vaxtında çıxara bilməyəcəyi
narahat etməməlidir.Cənab Hill deyib ki, iki ölkə
arasında əldə edilən təhlükəsizlik razılığının şətrlərinə əməl ediləcək. Bu yaxınlarda Mosulda olan səfir orada
gərginliklərin yüksək olaraq qaldığını, kürd, müsəlman ərəblər və
xristianların şəhərin gələcəyindən narahat olduqlarını bildirib. Kristofer Hil
Mosulda, İraqın digər bölgərində olduğu kimi siyasi dialoqa ehtiyac duyulduğunu
önə çəkib.