Accessibility links

Obama administrasiyası Fələstin tərəfdarı kimi qiymətləndirilir


Jerusalem Post qəzetində nəticələri dərc edilən rəy sorğularına görə, ABŞ prezidenti Barak Obama administrasiyası Fələstin tərəfdarı kimi qiymətləndirilir. Respondentlərin yalnız 6 faizi onun İsraili dəstəklədiyini hesab edir.

Göstəricilər may ayı keçirilən rəy sorğularının nəticələrindən ciddi şəkildə fərqlənir. O zaman 31 faiz israilli prezident Obamanın İsrailə meyilli olduğunu, 14 faizi isə onun fələstinliləri dəstəklədiyini düşünürdü.

Bu iki sorğu arasında prezident Obama Qahirə müraciəti zamanı İsrail hökumətini İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqlələrinin inşasının dayandırmağa və Fələstin dövlətinin yaradılması fikirini qəbul etməyə çağırmışdı.


XS
SM
MD
LG