Accessibility links

Brüsseldə Avropa Birliyinin sammiti başa çatıb


Avropa Birliyi liderlərinin Brüsseldə iki gün sürən sammiti başa çatıb. Sammitdə maliyyə qurumlarına nəzarət və birlik islahatlarına dair İrlandiyaya qarantiyalara verilməsi məsələləri üzrə razılıq əldə edilib.

Avropa Komissiyasının prezidenti Xose Manuel Barroso müxbirlərə deyib ki, yeni Avropa Sistemləri Risk Heyəti maliyyə və iqtisadi sabitliyə nəzarət edəcək. Lakin o bildirib ki, bu, Avropa Birliyinə üzv ölkələrin hüquqları üçün problem yaratmayacaq.

Xose Manuel Barroso həmçinin sammitdə birliyin liderləri İrlandiyaya qarantiyalar verdikdən sonra irlandiyalı seçicilərin Avropa Birliyi sazişinə dair bu ilin sonunda yenidən referendum keçirəcəklərinə ümid bəslədiyini deyib. İrlandiya ölkənin neytarllığı, abort haqda qanunlar və iqtisadi siyasət məsələlərində ölkəyə qarantiyalar verilməsini istəyirdi. İrlandiya vətəndaşları keçən il Avropa Birliyi paktını qəbul etməmişdi.

Cənab Barroso habelə bildirib ki, Avropa Birliyinin liderləri Rusiyadan təbii qazın Avropaya nəqlinin kəsilməsinin qarşısını almaq məqsədilə Ukraynaya qısa müddət üçün maliyyə ayrılması məsələsini müzakirə ediblər.

XS
SM
MD
LG