Accessibility links

Dünyada aclıq ən yüksək səviyyəyə çatıb


Bütün dünya üzrə bir milyarddan çox insan yetəri qədər qidalanmır. BMT agentliyi bildirir ki, bu, tarix boyu ən yüksək göstəricidir. Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, aclıq içərisində olan insanların sayı bu il 11 faiz artacaq. Ən pis vəziyyətdə olan Asiya-Sakit okeanı regionunda belə insanların sayı 642 milyondur. Buna qlobal iqtisadi böhran və yüksək qiymətlərin səbəb olduğunu bildirib. Kəçən ilki qiymətlərlə müqayisədə ərzaq qiymətləri bir qədər aşağı düşsə də, bu qiymətlər hələ də normaldan qat-qat yüksəkdir. Qiymət dəyişiklikləri yoxsul insanlara ciddi təsir göstəsib, çünki bu insanlar gəlirlərinin 60 faizini qidaya sərf edirlər. Aclığın dünyada sülhə və təhlükəsizliyə hədə olduğunu bildirən hesabat müəllifləri hökumətləri kiçik fermərlərə toxum, maliyyə və texniki məsləhətlərlə yardım göstərməyə çağırıb.
XS
SM
MD
LG