Tehrandakı şahidlərin dediyinə görə, iğtişaş polisi bu gün ölkə paytaxtında minlərlə nümayişçini dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Dövlət kanalının məlumatına görə, polislə kanalın təbirincə, qiyamçılar arasında toqquşma olub.
Qarşıdurmanın detalları barədə məlumatları təsdiq etmək çətindir, belə ki, İran ölkə ərazisində beynəxlaq medianın fəaliyyətini məhdudlaşdırıb.
Şahidlərin Amerikanın Səsinin Fars xəbərlər xidmətinə və digər agentliklərə bildirdiyinə görə, minlərlə Tehran sakini bu gün küçələrdə hökumətin qadağalarına etiraz etməyə cəhd göstəriblər.
İmam Xomeyni movzeleyi yaxınlığında baş verən partlayışı İranın rəsmi medyası intiharçı hücum adlandırıb
Şahidlərin dediyinə görə, polis müxalifətin son vaxtlar aksiya keçirdiyi İnqilab meydanında nümayişçilərə qarşı zor tətbiq edib. İranın Təhlükəsizlik Şurası Mir Hüseyn Musəviyə bildirib ki, 'qeyriqanuni nümayişlərin nəticələrindən' o məsuliyyət daşıyacaq.