Accessibility links

Prezident Obama: İran zorakı və ədalətsiz aksiyalara son qoymalıdır


ABŞ prezidenti Barak Obama İran hökumətini öz xalqına qarşı zorakılığı və ədalətsiz hərəkətləri dayandırmağa çağırıb.

İranda seçkidən sonra zorakılıqlara ən kəskin cavabında cənab Obama deyib ki, İran hökuməti dünyanın hadisələri izlədiyini başa düşməlidir. O, İranı hökumətini zorakılıq deyil, barışıq yolu ilə idarə etməyə çağırıb.

Cənab Obama bu açıqlamaları Tehranda İran rəsmiləri və nümayişçilər arasında toqquşmalardan sonra verib.

XS
SM
MD
LG