İranın Xarici İşlər nazirliyi ölkədə seçkidən sonra iğtişaşlara görə Amerikanın səsi və BBc şirkətlərinin məsuliyyət daşıdığını bildirib.
İranın Press TV agentliyi Xarici İşlər naziri Həsən Qaşqaviyə istinadən xəbər verib ki, iranlıların bu xəbər şirkətlərilə hər hansı bir şəkildə əlaqə saxlaması İranın suverenliyi ilə bir araya sığmır və İran xalqına qarşı düşmən aktı kimi qiymətləndirilir.
Nazirliyin sözçüsü habelə Amerikanın səsi və BBC-ni seçkidən sonra zorakılıqlara komanda verən qərargahlar adlandırıb.
İran rəsmiləri müxalifətçilərin nümayişlərinin mətbuatda işıqlandırılmasına ciddi məhdudiyyətlər qoyub. Hadisələrin şahidi olan insanlar baş verənlər haqda məlumatları internet, ya da telefon vasitələsilə çatdırır.