Accessibility links

Birma müxalifət liderinin iki tərəfdarı həbs olunub


Birma müxalifət lideri Auq San Suu Kyinin partiyası deyir ki, Birmanı idarə edən hərbi liderlər Kyinin azadlığa buraxılması üçün dua edən 2 tərəfdarını 18 aylıq həbsə məhkum edib. Milli Demokratiya Liqasının sözçüsü Nyan Vin deyir ki, bu gün partiya üzvləri Çit Pe və Aunq Sau Vay dini təhqir etməkdə təqsirli biliniblər. Nyan Vinin sözlərinə görə, aprel ayında Aunq San Suu Kyinin azadlığa buraxılması üçün keçirilən dua mərasiminə rəhbərlik edəndən sonra partiya üzvləri və başqa dissidentlər nəzarət altına alınıblar. Birma hərbi hökuməti ölkədə qeyri-tolerantlıq nümayiş etdirir. Aunq San Suu Kyi son 19 ilin 13-nü həbsdə saxlanılıb.

XS
SM
MD
LG