Accessibility links

ABŞ senatoru Lindsey Qraham: 'Barak Obama İrana güclü mesaj göndərməli idi'


İrandakı siyasi vəziyyət Vaşinqtonda müzakirələrin diqqət mərkəzindədir.

Respublikaçılar partiyasından ABŞ senatoru Lindsey Qraham bu gün ABC telekanalına bildirib ki, president Obama İrandakı vəziyyətə yumşaq cavab verib. Onun sözlərinə görə, cənab Obama İranda seçki nəticələrinə etiraz edən nümayişçilərə dəstək vermək üçün güclü mesaj göndərməli idi.

Prezident Obama dünən açıqladığı bəyanatda demişdi ki, Birləşmiş Ştatlar toplaşmaq və söz azadlığı kimi universal haqlara hörmət edənlərlə birlikdədir.

Demokrat senator Kristofer Dodd isə prezidentin mesajının güclü olduğunu bildirib. Onun sözlərinə görə, ən pis hadisə ABŞ-ın İran hökumətinin nümayişlərin Birləşmiş Ştatlar tərəfindən hazırlanmasını iddia etməsinə icazə verməsidir.

XS
SM
MD
LG