Accessibility links

Barak Obama: ‘Şimali Koreyadan qaynaqlana biləcək hər hansı hədəyə hazırıq’


Şimali Koreya bu gün özünün nüvə proqramı ilə fəxr etdiyini bildirərək, ABŞ-ı hədələyib.

Ancaq hakimiyyətdə olan Koreya Fəhlə Partiyasının Rodong Sinmun qəzeti eyni zamanda yazır ki, onların bəyanarlarında hədə tonu yoxdur, əksinə, Vaşinqton Şimalı hədələyir.

Bu səhər CBS News telekanalına müsahibəsində ABŞ prezidenti Barak Obama deyib ki, onun administrasiyası və Amerika hərbçiləri Şimali Koreyadan qaynaqlana biləcək hər hansı hadisəyə tam hazırdır.

O əlavə edib ki, beynəlxalq ictimaiyyət Şimalın təxribatçı fəaliyyətlərinə qarşı birləşirb.

Şimai Koreyanın iyulun əvvəllərində Havay istiqamətində uzaqmənzilli ballistik raket buraxmağa hazırlaşdığı barədə suala cavabda isə cənab Obama deyib ki, o, ehtimallar üzərində fikir yürütmək istəməzdi.

XS
SM
MD
LG