Fransanın Əfqanıstan və Pakistan üzrə xüsusi elçisi Pyer Lelloçqırğız rəsmilərini Əfqanıstandakı beynəlxalq hərbi qüvvələrə yardım göstərilməsində daha fəal rol oynamağa çağırıb. Fransa diplomatı bu çağırışı Bişkekdə Qırğızıstan prezidenti ilə görüşündən sonra verib. Görüş Qırğız hökumətinin Əfqanıstan əməliyyatlarında mühüm rol oynayanhərbi hava bazasının bağlanmasından bir neçə həftə əvvəl keçirilir.
Fevral ayında Qırğız hökuməti Rusiyanın Qırğızstana 2 milyarddollarkredit və yardım vədlərindən sonra Birləşmiş Ştatlara bazanı tərk etməsi üçün 6 ay möhlət verib. Rusiyaisə bazanın bağlanması qərarında rolu olduğunu inkar edir.