İranın xarici İşlər nazirliyi Tehranın Böyük Britaniyadakı səfirini geri çağıracağına dair xəbərləri təkzib edib. Dünən parlamentin spikeri Əli Laricani Britaniya ilə İran arasında münasibətlərin yenidən nəzərdən keçirilməsinəçağırmışdı. Laricani Britaniya, Almaniya və Fransanı nümayişlər zamanı müxalifəti zorakılqılara təşviq etməkdə günahlandırmışdı.
Böyük Britaniyanın baş naziri Gordon Braun İranın iki diplomatının o ölkənin Britaniya diplomatlarını ölkədən çıxarmasına cavab olaraq, Britaniyadan xaric edildiyinibəyan edib.
Rusiyanın Xarici İşlər Nazirliyi isə İranın prezident seçkilərini tanıdığını və mübahisələrin həllinin İranın daxili məsələsi olduğunu və narazılıqların ölkə konstitusiyasının şərtlərinə uyğun şəkildə həll edilməli olduğunu bildirib.