Accessibility links

Riçard Morninqstar: ABŞ indi Avrasiya regionunda daha balanslı enerji siyasəti yeridir


Vaşinqtonda Birləşmiş Ştatlar-Azərbaycan ticarət palatasında ABŞ Dövlət katibinin Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarla görüş keçirilib. Bu vəzifəyə yeni təyin olunmuş səfir Morninqstar Xəzər regionunda enerji əməkdşalığı, bütövlükdə Avrasiya regionunda enerji təhlükəsizliyi məsələlərilə bağlı baxışları ilə bölüşdü.

Birləşmiş Ştatların regionda enerji siyasətinin memarı hesab edilən səfir Morninqstar ABŞ-ın 10 il əvvəllə müqayisədə bu gün Avrasiya daha balanslı siyasət yeritdiyini bildirdi. Riçard Morninqstarın bildirdiyinə görə, bu gün regionda ABŞ-ın enerji siyasəti daha mürəkkəb və daha çoxşahəlidir.

O, cənub enerji dəhlizi, xüsusilə Nabukko neft kəməri və Türkiyə-Yunanıstan-İtaliya lahiyəsilə bağlı dedi ki, bunlar enerji diversifikasiyası baxımından və enerji ehtiyatlarının təkcə Azərbaycan deyil, sonradanTürkmənistan və mümkündür hətta İraqdan nəqli üçün olduqca mühümdür. Lakin o bildirdi ki, balanslı enerji siyasəti dedikdə olduqca böyk mənzərəyə nəzər salmaq lazımdır. Türkmənistan səfrindən danışan səfir Morninqstar bildirdi ki, həm prezident Əliyev, həm Berdımuhamedovla danışıqlarda o, Azərbaycan-Türkmənistan arasında mübahisəli məsələlərin siyasi-işgüzar yolla həllinin tapılmasının vacibliyini vurğulayıb. “Prezident Əliyev mənə bildirdi ki, bu məsələ qazın Xəzər vasitəsilə nəqlinin qarşısında maneə olmamalıdır”-deyə o söylədi.

Riçard Morninqstar ABŞ-ın enerji siyasətində bu gün Rusiyanın böyük enerji ölkəsi kimi qəbul edildiyini və Birləşmiş Ştatların Rusiya ilə enerji məsələsində əməkdaşlıq istəyidiyini dedi. "İmkanlar genişdir"-deyə o bildirdi, "və biz imkanların araşdırılmasını istərdik. Rusiya Nabukkodan narahat olmamalıdır. Nəhayətdə, bu, Avropanın ehtiyaclarının 5 faizi deməkdir. Çinin Türkmənistanda layihələri Rusiya üçün daha böyük narahatlıq yaratmalıdır"-deyə o bildirdi.

Səfir Morninqstar Birləşmiş Ştatların Rusiyanı ötərək Avropaya cənub enerji dəhlizini genişləndirmək səyləri çərçivəsində ABŞ-ın Azərbaycanla enerji sahəsində əməkdaşlıq səviyyəsini qeyd etdi.

Səfir Morninqstar ABŞ və Azərbaycan arasında münasibətlərdə həllini tapmamış məsələlərə toxunaraq, Dağlıq Qarabağ münaqişəsini qeyd etdi.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasınnın ABŞ-dakı səfiri Yaşar Əliyev iki ölkə arasında enerji əməkdaşlığı səviyyəsini yüksək qiymətləndirdi, lakin dedi ki, iki ölkə arasında həll olmamış çox böyük problem 907-ci əlavənin hələ də qüvvədə qalmasıdr.

"Səfir Morninqstar enerji sahəsində ABŞ və Azərbaycan arasında əməkdaşlıqdan danışdı. Onun bu sahədə təcrübəsi və biliyi çox genişdir. Ona görə də ona Azərbaycan-ABŞ münasibətlərinin hazırkı dinamikası və mövcud manelərlə bağlı sual verildikdə Morninqstar ümumi cavab verdi. Mən öz tərəfimdən bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, haı-hazırda həqiqətən də Azərbaycan-ABŞ münasibətləri inkişafdadır. Ancaq digər tərəfdən biz unutmamalıq ki, 907-ci əlavə bizim əlqaələrimizdə bir maneə olaraq qalır. İki müttəfiq arasında belə bir qeyri-adi maneənin olduğu və onun aradan qaldırılmaması təəccüb doğurur. Biz bu istiqamətdə işi davam etdiririk və öz tərəfimizdən istəyirik ki, ABŞ admnistrasiyası bu məsələyə diqqət yetirsin."

Riçard Morninqstar bildirdi ki, İranın beynəlxalq qanunlara riayət etməməsi, nüvə proqramı ilə problemlərin qaldığı vaxt İranın regional layihələrdə iştirakı mümkün deyil.

XS
SM
MD
LG