Accessibility links

Vaşinqton şəhərinin metrosunda iki qatar toqquşub


Vaşinqton şəhərinin metrosunda iki qatarın toqquşması nəticəsində 7 adamın həlak olduğu bildirilir. Vaşinqtonun meri Adrian Fenty bu gün bütün gün boyu xilasetmə əməliyyatlarının davam etdiriləcəyini deyib. Şəhər və nəqliyyat rəsmiləri bir qatarın o birini arxadan vurduğunu bildirir. Toqquşmanın şiddəti vaqonlardan birinin digər qatarın sonuncu vaqonu üzərinə düşməsinə səbəb olub. Qadın sürücünün ölənlər arasında olduğu bildirilir. Altısının vəziyyəti ağır olmaqla, 70 sərnişin xəsarət alıb. ABŞ prezidenti Barak Obama hadisənin qurbanlarının ailə üzvlərinə başsağlığı verib.

XS
SM
MD
LG