18 ayda ilk dəfə Pekində Çin və ABŞ-ın müdafiə rəsmilərinin yüksək səviyyəli görüşü keçirilir. İki gün sürəcək müzakirələrin təfərrüatı açıqlanmır.
Pekin Amerikanın Tayvana silah satışına qəzəblənərək danışıqları təxirə salmışdı. ABŞ rəsmiləri isə Vaşinqtonun regional konfliktlərin nizamlanması üçün Çinlə əməkdaşlığın güçləndirilməsinə çalışdığını deyir.
Amerika Şimali Koreyanın nüvə
proqramına dair müzakirələrə qayıtması üçün beynəlxalq səylərin artırılmasına
çalışır. Çinin Xarici İşlər Nazirliyinin sözçüsü bu gün müxbirlərə bildirib ki, müzakirələrin
diqqət mərkəzində Şimali Koreya, Tayvan və beynəlxalq təhlükəsizlik məsələləri
yer alır.