Accessibility links

ABŞ və Rusiyanın müdafiə rəsmiləri Cenevrədə görüşür


ABŞ və Rusiyanın müdafiə rəsmiləri 1991-ci ildə əldə olunmuş Strateji Silahların İxtisarına dair Müqavilənin yenilənməsi ilə əlaqədar danışıqların üçüncü raundunu keçirir.

Cenevrədə başlayan ikigünlük müzakirələr gələn ay keçiriləcək Rusiya və ABŞ prezidentlərinin sammiti ərəfəsində ekspertlərin nəzərdə tutulan sonuncu görüşüdür.

Bu ilin əvvəllərində prezidentlər Obama və Medvedev müddəti dekabrin 5-də bitən müqavilə üzərində yeni razılaşmanın qəbulu üçün danışıqlara başlamağa qərar veriblər.

Rusiya bəyan edib ki, özünün nüvə arsenalını ixtisar etməyə hazırdır, ancaq bir şərtlə ki, ABŞ da Şərqi Avropada müdafiə sistemi quraşdırmaq planlarından imtina etsin.

XS
SM
MD
LG