Accessibility links

Israil İslamçı Həmas qrupunun yüksək səviyyəli rəsmisini azad edib


İsrail İslamçı Həmas qrupunun yüksək səviyyəli rəsmisi, Fələstin parlamentinin spikeri Əbdül Əziz Duiki üç il həbsdə saxladıqdan sonra bu gün azad edib. 2008-ci ilin dekabr ayında İsrailin hərbi məhkəməsi Duiki Qəzza Zolağını nəzarəti altında saxlayan Həmas təşkilatının üzvü olmaqda günahkar bilmişdi. Spiker Duik 2006-cı ildə İsrail əsgəri Gilah Şalitin oğurlamnasından sonra İsrailin həbs etdiyi Fələstin parlamentindəki 30 Həmas üzvündən biri idi.

Bununla yanaşı xəbər verilir ki, bu gün İsrail hökuməti İordan çayının qərb sahilindki yəhudi yaşayış məntəqəsində 300 yeni evin tikilməsi barədə qərar verib.

XS
SM
MD
LG