Accessibility links

Barak Obama səhiyyə sistemində islahatlara dair qanunun bu il təsdiq ediləcəyindən əminliyini ifadə edib


ABŞ prezidenti Barak Obama səhiyyə sistemində islahatlara dair qanunun bu il imzalanacağından əminliyini ifadə edib. ABC tele-şirkətinin səhər proqramına müsahibə verən dövlət başçısı bildirib ki, yekun sənəd amerikalıların bu addımın vacibliyini başa düşdükləri üçün imzalanacaq. Prezident deyib ki, tibbi sığorta sistemi yenidən formalaşdırılmasa səhiyyə xərcləri daha da artacaq. Bu isə yaşlılar və yoxsullar üçün federal səhiyyyə proqramları olan Medicare və Medicaidin iflasına yol açacaq. Barak Obama hökumətin sponsorluğu ilə sığorta sisteminin təsisinə çalışır. Lakin respublikaçılar və hətta bəzi demokratlar bu planın əleyhinə çıxış edir. Onlar bu proqramın özəl sığorta şirkətlərini biznesdən kənarlaşdıracağından ehtiyat edir.

XS
SM
MD
LG