İran rəsmiləri anti-hökumət etirazçıları ilə
həmrəylik nümayiş etdirmək üçün oyun zamanı qollarına yaşıl sarğı bağlayan
milli futbol komandasının 4 oyuncusuna meydana çıxmağa icazə verməyib. Bu hadisə keçən həftə Dünya Kuboku Təsnifat
mərhələsində Cənubi Koreya ilə keçirilən görüş zamanı baş vermişdi.
Hökumətyönümlü İran qəzeti yazır ki, oyunçular ehtiyata göndəriliblər. Yaşıl
rəng president seçkilərində mğlub olmuş Mir Hüseyn Musəvinin kampaniya rəngi
olub və indi İranda nümayişlərin simvoluna çevrilib. Oynamasına qadağa
qoyulanlar arasında İranın məşhur futbolçusu Əli Kərimi də var.