Accessibility links

Tacikistanda fəaliyyəti qadağan olmuş islamçı qrupun 40 üzvü həbs edilib


Taciksitandan gələn son məlumatlara görə təhlükəsizlik qüvvələri fəaliyyəti qadağan olmuş islamçı hərəkatın lideri və onun 40 tərəfdarını həbs ediblər.

Hökumət rəsmiləri bildirir ki, İslamçı Sələfiyyə qrupunun tərəfdarları olduğundan şübhələnilən şəxaslər paytaxt Düşənbədə məsciddə saxlanılıblar. Taciksitan rəsmiləri onları fundamentalist hərəkatla bağlı fkirlər yaymaqda ittiham edir.

Tacikistan Sələfiyyə qrupunu bu il qeyri-qanuni təşkilat elan edib. Xəbərlər agentliklərin məlumatlarına əsasən, Tacikistan qanunları ilə saxlanılanlar 12 həbs cəzası ala bilər.

Sələfiyyə sünni hərəkatı Tacikistanda son bir neçə ildir yayılmağa başlayıb. Ölkədə təşkilatın təqribən 20 min tərəfdarı olduğu təxmin edilir. Onların əsas hissəsini gənclər təşkil edir.

XS
SM
MD
LG