Mətbuatda verilən məlumatlara görə, ABŞ prezidenti Barak Obama dörd illik fasilədən sonra Suriyaya səfir göndərmək qərarına gəlib.
Mətbuat administrasiyanın yüksək səviyyəli nümayəndəsinə istinadən xəbər verir ki, Dövlət Departamenti bu qərarla bağlı məlumatı Suriyanın Birləşmiş Ştatlardakı səfiri İmad Mustafaya çatdırıb.
Nyu York Tayms qəzeti adının açıqlanmaması şərtilə danışan rəsmi nümayəndəyə istinadən yazır ki, bu addım Suriyanın regionda sülhə nail olmaq üçün olduqca vacib bir ölkə olduğunu göstərir.
Rəsmi nümayəndə deyib ki, Suriya regional məsələlərdə vacib rol oynaya bildiyi üçün burada tam tərkibdə səfirlik olacaq.
Bu ayın əvvəli ABŞ-ın xüsusi nümayəndəsi Corc Mitçel Dəməşqdə Suriya prezidenti Bşşar əl-Əsədlə Yaxın Şərq sülh səylərini müzakirə etmişdir.