İran
müxalifət lideri Mir Hüseyn Musəvi deyir ki,seçkilər barədə şikayətlərini geri götürməsi üçün ona təzyiq göstərilir.
Cənab Musəvinin rəsmi veb səhifəsində
yerləşdirilən bəyanatda deyilir ki, namizədin tərəfdarlarıyla əlaqə saxlaması olduqca məhdudlaşdırılıb.12 iyun seçkilərinin açıqlanmış nəticələrinə
görə, prezident Mahmud Əhmədinejada məğlub olan cənab Musəvi səsvermə zamanı
kütləvi saxtakarlıqların baş verdiyini bildirib.
Ancaq İranın ali dini lideri və Nəzarət Şurası deyir ki, seçkilər yenidən keçirilməyəcək.Tehrandan şahidlərin dediklərinə görə çərşənbə günü prezident seçkilərinin nəticələrinə etiraz məqsədi ilə parlament binası yaxınlığında toplaşan yüzlərlə nümayişçi iğtişaş polisi tərəfindən gücdən istifadə yoluyla dağıdılıb.
Şahidlərin Amerikanın səsi Fars redaksiyası və başqa xəbər agentliklərinə verdikləri məlumatlara görə, polis nümayişi dağıtmaq üçün gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib,aksiya iştirakçılarına atəş açıb.
Şənbə günü, polislə nümayişçilər arasındakı baş verən və on adamın ölümüylə nəticələnən toqquşmalardan sonra İran hökuməti Tehranın küçələrində təhlükəsizlik tədbirlərini daha da güçləndirib. Yüzlərlə adamın həbs olunduğu bildirilir.
Çərşənbə günü İran üzrə ekspertlər ABŞ Senatının xarici əlaqələr komitəsi qarşısındakı çıxışlarında bildiriblər ki, hökumətin nümayişçilərə qanlı divan tutmasına baxmayaraq etiraz aksiyaları davam edə bilər. Nüfuzlu araşdırma təşkilatı Karnegi Fondunun eksperti Kərim Səcadpur deyib ki, müxalifət növbəti addımının İran iqtisadiyyatına mühüm təsir göstərə biləcək əsas sahələr olduğunu başa düşür. O deyib ki, nümayişçilər əmək təşkilatları, xüsusilə neft sənayəsi sahəsində işləyənləri tətilə çağırıb.
İrandakı hadisələrlə əlaqədar Amerikanın səsinin müxbirlərinin reportajlarını və Tehran sakinlərinin göndərdikləri video və şəkilləri aşağıdakı linkdən izləyə bilərsiniz. (İran hökumətinin xüsusilə xarici mediaya tətbiq elədiyi məhdudiyyətlərə görə Amerikanın səsi hadisələrin şahidlərinin göndərdiyi video və şəkillərdən istifadə qərarına gəlib).
http://www.voanews.com/english/iran_presidential_election.cfm