Accessibility links

İranda Beheşte Zahra qəbiristanlığına 13 minə yaxın adam toplaşıb


Şahidlər Amerikanın səsinin Fars xidmətinə bildirib ki, təxminən 13 min nəfərdən ibarət kütlə bu gün seçkisonrakı zorakılıqların qurbanlarını anmaq üçün Tehranın əsas qəbiristanlığına toplaşıb. Sakinlərin sözlərinə görə, normal günlərdə İran-İraq müharibəsinin qurbanları dəfn olunan Beheşte Zahra qəbiristanlığını adi günlərdə 9 min adam ziyarət edir. Hələlik nə qəbiristanlıqda, nə də Tehranın digər yerlərində etiraz aksiyaları barədə məlumat daxil olmayıb. Daha əvvəl islahatçı namizəd Mehdi Kərrubi bu günə planlaşdırılan anım mərasimini təxirə salıb. Mir Hüseyn Musəvinin "Facebook"dakı dəstək səhifəsi isə sabah dinc aksiyaların davam edəcəyi bildirilir. Səhifədə aşağıdakı sözlər yazılıb: “Hərəkatın canlı səsi yenidən eşidildi: “Allahu Əkbər”. Cümə günü hamımız İranın dünyaya məxsus olmasını göstərmək üçün səmaya yaşıl şarlar buraxacağıq. 11 sentyabrda hamımız amerikalı idik, indi isə bütün dünya iranlıdır”.
XS
SM
MD
LG