Obama administrasiyası İran diplomatlarının iyul ayının 4-ü Müstəqillik günü münasibəti ilə Amerika səfirliklərinə dəvətini geri götürüb. Ağ Evin sözçüsü Robert Qibbs dəvətin ləğvini İranda prezident seçkilərindən sonrakı zorakılıqlarla izah edib.
ABŞ-ın dövlət katibi Hillari Klinton Amerika diplomatları və
departament işçilərinə dəvətnamələrin geri götürülməsinə nəzarət edilməsini
tapşırıb. Xanım Klinton vəziyyətin dəyişməsinə görə təəssüfünü bildirib və
hazırkı durumda İran diplomatları ilə görüşlər keçirilməsinin yersiz olduğunu
deyib.
Bu arada ABŞ prezidenti Barak Obamanın İran seçkilərindən əvvəl ali ruhani rəhbər Ayətulla Əli Xameneyiyə məktub ünvanlanmasına dair məlumat təsdiq edilib. Məktubda prezident Obama Amerikanın İranla münasibətlərinin yaxşılaşdırılmasında marağı olduğunu deyib.