Accessibility links

ABŞ qanunvericiləri iranlıların informasiya ala bilməsinə kömək məqsədilə qanun layihəsi təklif edir


ABŞ qanunvericiləri iranlıların hökumətin məhdudiyyətlərinə baxmayaraq, informasiya alıb göndərməsinə yardım etmək üçün maliyyə fondunun ayrılmasına dair qanun layihəsi qəbul etmək istədiklərini bildiriblər.

Müstəqil senator Co Liberman qanun layihəsini respiblikaçı senatorlar Con Makkeyn və Lindsi Qrahamla birlikdə təqdim edib. Cənab Makkeyn deyib ki,təklif edilmiş qanun layihəsi iranların hökumət senzurası və internetdə izlənilməyə yol verilmədən softveyer və digər imkanlardan istifadə etməsi üçün maliyyə fondlarının ayrılmasına imkan verəcək.

Qanun layihəsi çərçivəsində Amerikanın səsinin Fars xidmətinin seçkidən sonra zorakılıqları işıqlandırmaq üçün əlavə bir saatlıq proqramını daimi saxlamaq nəzərdə tutulur. Vəsaitin böyük hissəsi isə ABŞ hökumətinin maliyyələşdirdiyi Fərda rasiosunun qısa dalğada və peyk vasitəsilə yayımının gücləndirilməsi üçün nəzərdə tutulur.

XS
SM
MD
LG