Accessibility links

Inkişaf etməkdə olan ölkələrdə qeyri-təbii narkotiklərin istehsalı və istifadəsində artım müşahidə edilir


BMT-nin Narkotiklər və Cinayət idarəsinin bildirdiyinə görə, heroin və kokain istehsalı ötən il ərzində bir qədər azalıb. Lakin inkişaf etməkdə olan ölkələrdə qeyri-təbii narkotiklərin istehsalı və istifadəsində artım müşahidə edilir.

Təşkilatın illik hesabatında bidlirilir ki, 2008-ci ildə tiryək istehsalı mənbəyinin 93 faizini Əfqanıstan təşkil edib. Dünyada kokain istehsalının 50 faizini təmin edən Kolumbiyada koka yarpaqlarının becərilməsi 18 faiz azalıb.

Marihuana isə ən çox becərilən narkotik maddə növü olaraq qalır. Amfetamin, Metamfetamin və Ekstaz kimi dərmanlardan istifadə edənlərin sayı artır. Hesabatda narkotik maddələrdən asılı olanların müalicəsinə və onlara cinayətkar münasibəti göstərilməməsinə çağırılır.

XS
SM
MD
LG