Accessibility links

Böyük Səkkizlər İranda yol verilən zorakılıqlara son qoyulmasına çağırır


Böyük Səkkizlərin xarici işlər nazirləri İranda prezident seçkilərindən sonra yol verilən zorakılıqlara son qoyulmasına çağırıb. İtaliyanın Trieste şəhərində toplaşan nazirlərin birgə bəyanatında İran hökuməti ifadə azadlığı da daxil ediməklə, vətəndaşların fundamental hüquqlarına hörmət göstərilməsinə səslənir. Bəyanatda deyilir ki, İranın seçki böhranı demokratik dialoq yolu ilə həll edilməlidir.

Rusiyanın xarici işlər naziri Segey Lavrov İranın təcrid edilməsinin əleyhinə çıxış edərək, bunu yanlış addım kimi qiymətləndirib. İran Böyük Səkkizlərin görüşündə qonaq kimi iştirak etmək üçün İtaliyanın dəvətini rədd etmişdi.

XS
SM
MD
LG