İranda hələ də gərginlik davam
edir. İrandakı siyasi vəziyyət və bu durumun yaradacağı şərait barədə Azərbaycan
Demokrat Firqəsinin sədri Əmirəli Lahrudi Amerikanın səsinə müsahibə verib.
Sual: İranda son dövrlər baş verən hadisələri necə qiymətləndirirsiz? Xalqın qələbəsi mümkün ola bilərmi?
Cavab: 100 ildir vaxtaşırı İranda belə hadisələr baş verir, hakimiyyət dəyişikliyi əmələ gəlir və bir az sabitlik yaranır. Bundan sonra eyni hadisə yenidən təkrarlanır. Bu seçki ilə əlaqədar ortaya çıxan növbəti bir məsələsidir. Həm İranın islahatçı qüvvələri, həm də ümumiyyətlə dünyanın demokratiyaya doğru gedən hökumətləri bu vəziyyətlə razılaşa bilmirlər, çünki İranda demokratiyanın vəziyyəti ürəkaçan deyil. Bu seçkilər onu göstərdi ki, hakimiyyətdə olan qüvvələr nəyin hesabına olursa, olsun demokratik yolla hakimiyyətdən uzaqlaşmağa hazır deyillər.
Sual: İranda artıq səsverməninin nəticələri ilə bağlı deyil, rejim əleyhinə də şüarlar qaldırılır. Siznecə fikirləşirsiz?
Sual: Fikrinizcə,İranda başlanan bu hərəkat nəhayətdə qalib gələ bilərmi?
Cavab: Hadisələr göstərir ki, İranda başlanan bu hərəkat islahatçıların xeyrinə tamamlanmayacaq. Hazırda hökumət əvvəlki dövrlərlə müqayisədə nümayişçilərə qarşı daha yumşaq davranır. Buna görə də gələcək perspektivdə, 4 il sonrakı seçkilərdə hakimiyyət geriyə otura və islahatçılardan hakimiyyətə gələn ola bilər.
Sual: Bəs, İranda hakimiyyəti daxilində müşahidə edilən daxili parçalanma nə ilə nəticələnə bilər?
Cavab: İran hakimiyyəti daxilində parçalanma çoxdan başlayıbdı. Xomeyni öləndən sonra, baş nazir Mir Hüseyn Musəvini kənara qoydular və hakimiyyət iki qrup arasında bölündü. Rəfsəncani prezident oldu, Xamaneyi isə ruhani rəhbər müəyyən olundu. Onların arasında bir növ dinc, yanaşı yaşama siyasəti davam edirdi. Sonra Xatəmi hakimiyyətə gələndə vəziyyət tamamilə dəyişdi. Rəsfəncani və Xamaneyi bir qola bağlı olduğu təqdirdə, Xatəmi fərqli bir qola bağlı idi. Beləliklə də, hakimiyyət daxilində islahatçılarla mühafizəkarlar arasında cəbhə yarandı. Əsas hakimiyyət mühafizəkarların əlində olduğuna görə, Xatəminin fəaliyyətinə imkan verilmədi, demokratik azadlıqlar xüsusilə qələm və söz azadlıqları məhdudlaşdırıldı. 8 ildən sonra hakimiyyətə gələn Mahmud Əhmədinejad isə mühafizəkarların ən görkəmli nümayəndəsi idi. Hakimiyyət daxildə indiki parçalanmada güc mühafizəkarların əlindədi və onlar hakimiyyətin islahatçılara verilməsini istəmirlər.

Cavab: Məhəmməd Rza şah hökumətinin rejiminə qarşı Tehran tələbələri şeir gecələri təşkil etdilər və həmin gecələrdə onlar camaatı ələ ala bildilər. Bir ildən az müddətdə bu şeir gecələri şah əleyhinə şüarlara çevrildi. Bundan sonra xalq küçələrə axışdı, hakimiyyət dəyişdi, ruhanilər hakimiyyətə gəldi. Bu hadisələri müqayisə etsək, bu hadisələri həmin dövrə oxşatmaq olmaz, buna baxmayaraq ona oxşar bir vəziyyət yaranıb. Bir halda ki, hakimiyyətdə olan qüvvələr, xüsusilə Əhmədinejad avanturist xarici siyasət aparır, daxili siyasətdə demokratiya yoxdu, belə bir şəraitdə, təbiidir ki, demokratiya uğrunda mübarizə gündəliyin əsas şüarına çevrilir. Ancaq Musəvi tərəfdarları istəyir ki, Məhəhhəmd Xatəmi kimi islam dövləti daxilində demokratiya bərqərar olunsun və buna da inanırlar. Bu mübarizəni də hakimiyyəti yıxmaq yox, hakimiyyət daxilində demokratiya yaratmaq uğrundan mübarizə adlandırmaq olar.