Accessibility links

Pop ulduzu Maykl Cekson dünyasını dəyişib


Pop ulduzu Maykl Cekson dünyasını dəyişib. 50 yaşlı pop kralının ölümünə ürəyinin dayanması səbəb olub. Kaliforniyanın Los Anjelas şəhəri yaxınlığındakı evində yıxıldıqdan sonra xəstəxanaya çatdırılan Maykl Cekson az sonra vəfat edib.

Təcili yardım işçiləri Ceksonun evinə çatdıqda onun artıq nəfəs almadığını deyirlər. Xəstəxanada kompleks ağ ciyər və ürək reanimasiyası kecirilsə də,onun ürək döyüntüsünü bərpa etmək mümkün olmayıb.

Los Angeles Times qəzeti pop ulduzunun ölümü ilə bağlı istinataqa başlandığını yazır. Lakin bir sıra mənbələr ölümün təbbi olduğunu deyir. Xəstəxana ətrafında Maykl Ceksonun yüzlərlə pərəstişkarı toplaşıb.

Pop kralı bu il Londonda konsert proqramları ilə çıxış etməli idi. Konsert biletləri mart ayında satışa çıxarıldığı ilk dəqiqələrində satılmışdı.

XS
SM
MD
LG