Accessibility links

Taylandda iki nəfər donuz qripi səbəbilə vəfat edib


Taylandın səhiyyə rəsmiləri ölkədə A H1N1 virusu səbəbilə ilk iki nəfərin öldüyünü təsdiq edib. İctimai Səhiyyə Nazirliyinin bildirdiyinə görə, qrip bu gün 42 yaşlı bir taylandlının həyatına son qoyub. 40 yaşlı qadın isə iyunun 2-də dünyasını dəyişib. Taylandda 1200 donuz qripinə yoluxma faktı aşkar edilib. Bu gün habelə Birma da virus səbəbilə ilk ölüm faktını təsdiq edib. Vəfat edən 13 yaşlı qız Sinqapurdan yenicə qayıtmışdı. Birma dövlət mətbuatının bildirdiyinə görə, qızda virusun simptomları hələ o məktəbdə olarkan görünməyə başlamışdı. Ümumdünya Səhiyyə Təşkilatı Donuz Qripini epidemiya kimi qeydə alıb. Bu, son 40 ildə ilk belə hadisədir. BMT-nin məlumatına görə, dünya boyu 60 mindən çox donuz qripi halı aşkar edilib. Virus səbəbilə isə 260 nəfərin vəfat etdiyi bildiri
XS
SM
MD
LG