Əfqanıstan prezidenti Həmid Karzai Taliban və digər
yaraqlı qrupları növbəti seçkilərdə iştirak etməyə və səsvermə məntəqələrinə
hücum etməməyə səsləyib. O, deyib ki, militantlar avqust ayının 20-də keçiriləcək
prezident və vilayət şuraları seçkilərində iştirak etməlidirlər. Cənab Karzay bu
gün Kabildə müxbirlərə deyib ki, seçkilər sülhə, təhlükəsizliyə və ölkənin
inkişafına yardım edə bilər. Birləşmiş Ştatlar və onun beynəlxalq müttəfiqləri seçkilərin təhlükəsizliyini təmin etmək üçün
oraya əlavə hərbi qüvvələr göndərəcəklərini vəd ediblər. Bu arada Əfqan
rəsmiləri bildirirlər ki, yaraqlılar Helmənd vilayətində 8 polis zabitini
öldürüblər.