Accessibility links

İnquşetiya prezidentinə qarşı sui-qəsdi çeçenlər törədibmiş


Çeçen yaraqlı qrupu ötən həftə Rusiyanın Şimali Qafqaz regionu İnquşetiya prezidentinə qarşı həyata keçirilmiş sui-qəsdin məsuliyyətinin üzərinə götürüb.

Yaraqlıların internet saytında yerləşdirilmilş məlumatda iyunun 22-dəki bomba hucumunun Riyadin Salixin qrupu tərəfindən həyata keçirildiyi bildirilir.

Hadisə zamanı prezident Yunusbek Yevkurov sağ qalsa da, onun qohumu və sürücüsü həlak olmuşdu.

İnquş prezidenti isə ağır yaralı vəziyyətdə Moskva hospitalına yerləşdirilib.

Şumali Qafqazın digər bölgəsi Çeçenistanın sərhədində isə bu gecə təhlükəsizlik qüvvələri ilə Dağıstanın paytaxtı Maxaçqaladan olan militantlar arasında qarşıqurma olub.

Dağıstanın daxili işlər nazirliyinin sözçüsü Mark Tolçinski deyib ki, hökumət qüvvələri ərazini top atəşinə tutub.

Onun sözlərinə görə, döyüşlər zamanı 4 yaraqlı və bir təhlükəsizlik işçisi həyatını itirib.

XS
SM
MD
LG