Accessibility links

Barak Obamanın Rusiyaya planlaşdırılan səfərinə Moskvadan baxış


ABŞ prezidenti Barak Obama özünün Rusiya siyasətinin təfsilatını hələ açıqlamasa da, Kremldə hesab edirlər ki, bu siyasət Moskva ilə Vaşinqton arasında münasibətlərin perspektivdə inkişafına müsbət siqnaldır.

Ancaq Rusiyanın insan haqları fəalları narahatdırlar ki, cənab Obama iki ölkənin birgə maraqları baxımından praqmatik kurs yürüdəcək, demokratiya prinsipləri isə bu siyasətdən kənarda qalacaq.

Hələ ötən ay Ağ Evdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edəkən ABŞ prezidenti Barak Obama deyirdi ki, ölkəsi ilə Rusiya bir çox sahələrdə əlaqələri gücləndirmək iqtidarındadırlar.

Cənab Obama hesab edir ki, nüvə silahından tutmuş, Əfqanıstan və Pakistandakı vəziyyətə, İran və Yaxın Şərqdəki proseslərə qədər, eləcə də ikitərəfli ticarət və digər məsələlərdə Rusiya ilə ABŞ-ın əməkdaşlıq imkanları var.

Prezident əlavə edir ki, tərəflər dünya iqtisadiyyatını gərginləşdirən maliyyə böhranına cavab vermək yollarını da birlikdə müzakirə edə bilərlər.

Obamanın mesajına Lavrovun cavabı isə belə idi ki, tərəflər birgə maraqlar üzərində olduqca praqmatik və ciddi işləyə bilərlər.

Rusiyanın baş diplomatı deyir ki elə bir ortaq yol tapmaq lazımdır ki, həm bu ölkələrə, həm də beynəlxalq sabitliyə xeyir gətirsin.

İki ölkənin ən birinci ortaq marağı nüvə arsenalının ixtisarıdır. ABŞ və Rusiya prezidentləri Strateji Silahların ixtisarına dair Müqavilənin yenilənməsi ətrafında bugünədək müəyyən məsafə qət ediblər.

Moskvadakı ABŞ-Kanada institutundan Viktor Kremenyuk deyir ki, əgər bu məsələdə irəliləyiş əldə olunsa, o zaman digər sahələrdə də iki ölkə arasında yaxın əməkdaşlıq qurmaq mümkündür.

Kremenyuk deyir ki, onun fikrincə, Obama Rusiya ilə bağlı prioritetlərində yeni başlanğıcı məhz münasibərlətdə pozucu element olan strateji silahları ixtisar etməklə başlamaqda düz iş görür.

Çünki onun fikrincə, bu məsələ həllini tapsa, digər problemlərin də həllinə imkan açılacaq – o cümlədən ABŞ xarici siyasətinin əsas prioritetləri olan İran və nüvə silahı məsələlərinin.

Rusiyanın özündə isə polis mütəmadi olaraq Kremlə müxalif duranların nümayişlərini dağıtmaq üçün güc tətbiq edir, insan haqları fəallarını susdurur.

Ölkənin hüquq müdafiəçiləri deyirlər ki, əslində bu məsələ cənab Obamanın Moskva ilə danışıqlarının gündəliyində olmalıdır, amma onlar narahatdırlar ki, bu olmaya da bilər.

Mart ayında prezident Medvedev Kremldə sabiq ABŞ senatorları – Vaşinqtonun Rusiya ilə bağlı siyasətinə dair Komissiyanın üzvləri Çak Hagel və Qari Hartla görüşmüşdü.

Bu komissiya Obamanı insan haqlarını qabartmağa çağırsa da, eyni zamanda, Rusiya ilə münasibətlərdə tarixi və digər amilləri nəzərə almağı tövsiyə edir.

Moskvadakı Liberal Missiya Fondunun nümayəndəsi İqor Klyamkin Amerikanın Səsinə deyib ki, bu Komissiya çox güman ki, Kreml rəsmilərinini ritorikasını təkrarlayır.

Elə Viktor Kremanyuk da razılaşır ki, əgər öz iqtisadiyyatını inkişaf etdirmək istəyirsə, Rusiya demokratikləşməlidir. Amma o deyir ki, bu sahədə xarici təzyiqlər əks effekt də verə bilə

XS
SM
MD
LG