Accessibility links

İraqlılar ABŞ qoşunlarının ölkədən çıxmasını bayram edir


İraqlılar “Milli Suverenlik Günü”nü qeyd etməyə hazırlaşırlar. Bu bayram ABŞ qüvvələrinin İraq şəhərlərindən çıxması münasibətilə keçirilir. Bağdad və digər şəhərlərdə parklar və avtomobillər İraq bayraqları və lentlərlə bəzədilib. ABŞ qüvvələri təhlükəsizlik üçün məsuliyyəti sabah axşam İraq qüvvələrinə təhvil verməlidir. İraqdakı Amerika komandiri general Reymond Odierno deyib ki, qoşunların çıxarılması üçün təyin olunan vaxt yetişib. Bəzi iraqlılar ABŞ qüvvələrinin çıxarılmasına sevinsələr də, digərləri ölkədə militant hücumlarının artacağından narahatdır.
XS
SM
MD
LG