Accessibility links

İran Britaniyanın 5 diplomatını azadlığa buraxdı


İran dövlət mətbuatının məlumatına görə, mübahisəli prezident seçkilərində verilmiş səslərin bir hissəsinin yenidən hesablanması davam edir. İranda seçkilərə nəzarət edən Nəzarət Şurası bu gün ölkə üzrə bülletənlərin 10 faizini yenidən yoxlamağa başlayıb. Mübahisəli 12 iyun seçkiləri rəsmi nəticələrə görə prezident Mahmud Əhmədinejadın qələbəsi ilə başa çatmışdı. Bu gün şura üzvləri məğlub namizəd Mir Hüseyn Musəvi ilə görüşüb. İran dövlət mətbuatı bildirir ki, şuranın sözçüsü görüşü nəticəsiz adlandırıb. Cənab Musəvi səslərin bir hissəsinin yenidən hesablanmasını rədd edərək, seçki nəticələrinin ləğvinə təkid edib. Başqa bir məlumata görə, İran Böyük Britaniyanın Tehrandakı səfirliyinin 5 əməkdaşını sərbəst buraxıb. Onlar bir neçə gün öncə seçkisonrası iğtişaşlarla bağlı həbs edilmişdilər. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qaşqavi bui gün mətbuat konfransında bildirib ki, nəzarət altına alınan 9 nəfərdən 5-i buraxılıb, digərləri isə sorğu-sual olunur.
XS
SM
MD
LG