Əfqanıstanda yerli prokurorluq ofisində atışma
zamanı Qəndəhar vilayətinin polis rəisi və digər 9 zabit qətlə yetirilib. Prezident Həmid Karzai bu gün bildirib ki, hadisə
özəl təhlükəsizlik mühafizəçilər qrupu vilayət prokurorluq binasına daxil
olaraq müttəhimin azad olunmasını tələb edəndən sonra baş verib. Onun sözlərinə
görə, xəbərlərdə mühafizəçilərin koalisiya qüvvələri üçün çalışdığı iddia
olunur. Prezident deyib ki, polis
müqavimət göstərəndən sonra silahlı toqquşma olub. Koalisiya qüvvələri ilə təhlükəsizlik
mühafizəçiləri arasında münasibətlər hələ də qeyri-müəyyən olaraq qalır. ABŞ
ordu sözçüsü deyib ki, bugünkü insidentdə nə NATO, nə də koalisiya qüvvələri
iştirak edib.